AMEA-nın yeni prezidenti seçildi

AMEA-nın yeni prezidenti seçildi
  24 Aprel 2013    Oxunub:1440
Akif Əlizadə 44 səslə AMEA-nın yeni prezidenti seçilib.
AzVision.az-ın verdiyi məlumata görə, prezidentliyə yalnız akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.

İclasda Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, Sənaye və energetika naziri Natiq Əliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, digər ali məktəblərin rektorları Abel Məhərrmov, Şəmsəddin Hacıyev, Eldar Quliyev, millət vəkilləri, AMEA-nın həqiqi və müxbir üzvləri iştirak ediblər.

Xatırldaq ki, bu il fevralın 9-da AMEA prezidenti akademik Mahmud Kərimov vəfat etdikdən sonra Akif Əlizadə prezidentin səlahiyyətlərini icra edib.

Akif Əlizadə 1934-cü ildə Bakıda doğulub. Gənc yaşlarında namizədlik, 35 yaşında doktorluq dissertasiyasını müdafiə edib. 1978-ci ildə Geologiya İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 1980-ci ildə akademiyanın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. 2007-ci ildə AMEA-nın vitse-prezidenti vəzifəsinə təyin edilib.

Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

Əməkdar elm xadimidir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti