Merkel günahı boynundan atdı

Merkel günahı boynundan atdı
  19 Avqust 2014    Oxunub:1736
Almaniya kansleri Angela Merkel xüsusi xidmət orqanlarının Türkiyəni dinləməsi ilə bağlı olaya münasibət bildirib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Merkel Türkiyəyə “Almaniya xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı məlumat verə bilmərəm. Lazımı məlumat parlamentin nəzarət komitəsinə veriləcək”-deyə cavab verib.

Qeyd edək ki, Türkiyə hökuməti Almaniya xüsusi xidmət orqanları tərəfindən bu ölkəyə qarşı həyata keçirilmiş dinləmələrlə bağlı media məlumatlarını araşdırmaqda davam edir.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirliyə çağırılan Almaniyanın Ankaradakı səfiri Eberhard Pohldan ölkəsinin bu məsələ ilə bağlı aydın şəkildə izahat verməsi tələb edilib.

Xarici işlər naziri Əhməd Davudoğlu mətbuata açıqlamasında bildirib ki, yaranmış problemlə bağlı onun almaniyalı həmkarı ilə telefon danışığı olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti