Ukrayna ordusu Luqanska daxil oldu

Ukrayna ordusu Luqanska daxil oldu
  19 Avqust 2014    Oxunub:3692
Ukraynada separatçılarla döyüşən könüllülərdən ibarət “Donbas” “Dnepr” özünümüdafiə batalyonu İlovaysk şəhərini azad edib.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Bundan əlavə Ukrayna ordusu ötən gecə Luqanska daxil olub, şəhərin separatçılardan təmizlənməsi istiqamətində əməliyyat keçirilir.

“Bizim bir neçə bölmələrimiz artıq Luqanskın mərkəzi hissəsinədək irəliləyib. Şəhərin küçələrində qızğın döyüşlər gedir” - deyə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Andrey Lısenko bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti