Baş nazir Ermənistana gedir

Baş nazir Ermənistana gedir
  19 Avqust 2014    Oxunub:2004
Gürcüstanın baş naziri İrakli Qaribaşvili 21-22 avqust tarixlərində Ermənistana səfər edəcək.
AzVision.az-n erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

Qaribaşvilinin bu ölkəyə səfəri zamanı ikitərfli münasibətlər, xüsusilə Gürcüstanla viza rejimi ilə bağlı məsələ müzakirə ediləcək.

Qeyd edək ki, bu ilin sentyabr ayının birindən etibarən vətəndaşlığından asılı olmayaraq Gürcüstanda 90 gündən artıq qalmaq istəyən şəxslər öz ölkələrində olan Gürcüstan səfirliyindən və ya diplomatik missiyadan müvafiq viza almalıdırlar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti