FT: “Ukrayna üzrə çoxpilləli plan hazırlanıb”

      FT:    “Ukrayna üzrə çoxpilləli plan hazırlanıb”
  03 Fevral 2026    Oxunub:1319
Ukrayna, ABŞ və Avropa ölkələri Moskva və Kiyev arasında sülh yolu ilə nizamlanmaya dair mümkün razılaşmaları dəstəkləmək üçün çoxsəviyyəli plan hazırlayıblar.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, sülh sazişinin şərtlərinin “Rusiya tərəfindən davamlı şəkildə pozulması” halında ABŞ və Avropa ölkələri “koordinasiyalı hərbi cavab” vermək niyyətindədir.

“Plana əsasən, cavabın 24 saat ərzində baş verəcəyi və diplomatik xəbərdarlıqla başlaması, ardınca isə Ukrayna Silahlı Qüvvələrinin cavab tədbirləri görəcəyi nəzərdə tutulur. Hərbi əməliyyatlar dayanmasa, mexanizmin ikinci mərhələsi işə salınacaq ki, bura da “könüllükər koalisiyası”nın fəaliyyəti daxildir”, - qəzet yazır.

Atəşkəsin ilk dəfə pozulmasından 72 saat sonra genişmiqyaslı eskalasiya yarancağı təqdirdə, ABŞ silahlı qüvvələrinin də iştirakı ilə Qərbin dəstəklədiyi qüvvələrin koordinasiyalı hərbi əməliyyatlara başlaması gözlənilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Qərb   plan  



Xəbər lenti