Medvedyev Ermənistana gedir

Medvedyev Ermənistana gedir
  19 Avqust 2014    Oxunub:2325
Ermənistanın baş naziri Ovik Abramyan avqust-sentyabr aylarında Gürcüstan, İran və Rusiya baş nazirləri ilə görüşəcək.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, 21-22 avqust tarixində Gürcüstan baş naziri İrakli Qaribaşvili bu ölkəyə səfər edəcək. Sentyabrın 8-9-da isə Rusiyanın baş naziri Dmitri Medvedyev Ermənistana səfər edəcəyi gözlənilir. Ovik Abramyan özü isə 15-17 sentyabr tarixində İrana yollanacaq.

“Bu ölkələr iqtisadi anlamda bizim üçün çox vacib ölkələrdir. Rusiya, İran və Gürcüstanla bağlı xeyli sayda proqramlar var. Bir sıra məsələlərin daha asan həll edilməsi üçün şəxsi əlaqlər yaratmaq lazımdır” – deyə, Abramban bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti