Türkiyənin 91 ildən sonra gerbi olacaq

Türkiyənin 91 ildən sonra gerbi olacaq
  19 Avqust 2014    Oxunub:6872
Türkiyə Böyük Millət Məclisində dövlət gerbinin yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən hazırlanıb.

Layihə qəbul olunsa qanun kimi qüvvəyə minəcək.

Layihəyə imza atan 30 millət vəkili qeyd edib ki, rəsmilərin iki tərəfli görüşlərində gerbin olmaması böyük əksiklikdir: “Dünyada rəsmi tanınan 203 dövlətdən təkcə Türkiyə və Dominikan Respublikasının gerbi yoxdur. Bu hal rəsmilərin kürsü önündə ikitərəfli görüşlərində böyük əksiklik yaradır. Hazırlanacaq gerbin Türkiyə Cümhuriyyəti tarixində xalq tərəfindən seçilən ilk prezident Ərdoğanın hakimiyyəti illərində istifadə olunmağa başlamağı da məqsədəuyğun olacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti