Papadan türklərə zərbə: erməni “soyqırım”ı tanındı

Papadan türklərə zərbə: erməni “soyqırım”ı tanındı
  19 Avqust 2014    Oxunub:5140
Roma Papası Fransisk 12 aprel 2015-ci il tarixində erməni “soyqırımı”nın 100 illiyi ilə əlaqədar olaraq Müqəddəs Pyotr kilsəsində ibadət keçirəcək.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, Buenas-Ayres kardinalı Mario Polli erməni katolik kilsəsində ibadətin zamanı bildirib.

“Roma papası bir il öncə erməni katolik kilsəsinin patriarxı XIX Nerses Bedros tərəfindən “soyqırım”ın tanınması ilə bağlı ibadət keçirmək barədə təklifini qəbul edib” - deyə, kilsənin keşişi Pablo Hakimyan vurğulayıb.

Məlumata əsasən, ötən ilin iyun ayında patriarx XIX Nerses Bedrosla görüş zamanı Papa Fransisk həmçinin “soyqırım” qurbanlarından birninin qızını da qəbul edib. Papa onu dinləyərək deyib: “Bu 20-ci əsrdə törədilən ilk “soyqırım” idi”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti