Ukrayna Avropa İttifaqı ilə assosiasiya imzalayacaq

Ukrayna Avropa İttifaqı ilə assosiasiya imzalayacaq
  19 Avqust 2014    Oxunub:1643
Şimali və Baltikyanı ölkələrin parlamentlərinin konfransı davam edir.

Kiyev yaxın vaxtlarda Avropa İttifaqı ilə Assosiasiya Sazişini ratifikasiya edəcək. Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov Litva Seyminin spikeri Loretto Qraujinene, Latviya Seyminin spikeri Solvita Aboltina və İsveçrə Reyxstaqının sədri Pyer Vestberqlə görüşündən sonra belə bir bəyanatla çıxış edib. Tərəflər Ukrayna və Avropa İttifaqının assosiasiyası ilə bağlı sazişin hazırlanması məsələsini müzakirə ediblər.

Görüş zamanı həmçinin, Ukraynada iqtisadiyyat, hüquq və məhkəmə sahəsində keçirilməsi gərəkən islahatların vacibliyindən söhbət açılıb. Avropalı həmkarları Ukraynaya bu islahatların həyata keçirilməsində yardımlarını əsirgəməyəcəklərini bildiriblər.

Qeyd edək ki, hazırda Şimali və Baltikyanı ölkələrin parlamentlərinin konfransı (17 -19 avqust) keçirilir. Ukrayna Ali Radasının sədri bu konfransda iştirak edir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti