“Ermənilər hazırda Rusiya Federasiyasına qarşı çox aqressiv mövqe tutan hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırlarmı? Yəqin ki, ermənilər bu sualı da özlərinə verməli olacaqlar”, - rusiyalı məmur qeyd edib.
Rusiya baş nazirinin müavini İrəvanın Aİ-yə daxil olması ilə bağlı rəsmi danışıqlar prosesinin “uzun illər” çəkə biləcəyinə diqqət çəkib. O, həmçinin Ermənistanın baş nazir Nikol Paşinyanın ölkənin eyni vaxtda həm Aİ-nin, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməyəcəyi barədə bəyanatını xatırladıb.
- Əgər nə vaxtsa belə bir seçim edilərsə, bu gün Avropa İttifaqının dəyişən təbiətində müşahidə etdiyimiz dinamika nəzərə alınmaqla, bu, hərtərəfli seçim olacaq”, - Overçuk bildirib.
|
| Moskva: “İrəvanın siyasəti narahatlıq doğurur” |
Ermənistan hakimiyyəti ilk dəfə 2024-cü ilin martında Avropaya inteqrasiya planlarını açıqlayıb. Həmin ilin sentyabrında parlamentdənkənar “Demokratik Qüvvələrin Platforması” qrupu vətəndaş təşəbbüsü kimi müvafiq qanun layihəsi təqdim edib.
50 mindən çox imza toplandqıdan sonra sənədi təsdiqləyən hökumət onu parlamentə təqdim edib və 2025-ci il mart ayının 26-da qanun layihəsi yekun oxunuşda qəbul olunub.
Xatırladaq ki, bir neçə gün əvəvl Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov Ermənistanın Aİ ilə məcburi yaxınlaşmasının həm onun Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də bütün postsovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfi təsir göstərəcəyini iddia edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


