Qorxulu heykəl

Qorxulu heykəl
  19 Avqust 2014    Oxunub:3627
Seymur Süleymanov

Bu günlərdə Türkiyənin Diyarbəkir şəhərinin Licə kəndində PKK üzvü olan terrorist Mahsum Korkmazın ildönümü ilə əlaqəli olaraq heykəl ucaldılıb. Mahsum Korkmaz 1984-cü il avqustun 15-də Eruh və Şemdinli kəndlərinə hücum edərək 1 əsgəri şəhid edən PKK üzvüdür.
AKP artıq oyununu oynadı. Ərdoğanın sözdə PKK ilə "Barış süreci, Huzur Süreci, Açılım Süreci" kimi qulağa xoş gələn adlar altında verdiyi açıqlamalar başqa məqsədlərə xidmət edir.

Mən Türk düşməni olan Mahsum Korkmazın heykəlinə göz yummağı Türk xalqına və Türk Şəhidlərinə edilmiş hörmətsizlik kimi qarşılayıram.

2013-cü ildə baş verən Gezi Parkı hadisələri sırasında 6 gənc dünyasını dəyişmişdi. Öz gəncləri üçün heykəl ucaltmağı olnara çox görənlər terroristin heykəlinə göz yumurlar.

Türkiyə neçə illərdir ki, PKK terror qruplaşmasına qarşı savaşır. Minlərlə Şəhid verib, minlərlə anaların göz yaşları axıb. Amma indi həmin o anaların göz yaşlarını axıdanın heykəli ucaldılıb.

Əgər terroristə heykəl ucaldılırsa, qəhrəman kimi göstərilirsə, o zaman Türkiyə bu qədər Şəhidi boşuna verib?

Türkiyə muxalifəti bu hadisəyə səssiz qalmayıb. MHP lideri Baxçalı "Diyarbəkirdə PKK terrorçusunun heykəlinin seçkidən sonra açılması təəccüblü görünməməlidir. Terrorçuya heykəl qoymaqla türk millətinə məzar qazırlar. Ərdoğana verilən səslər PKK-ya getdi, terror yuvası Qəndilin cəsarətini artırdı. Bu heykəlin terrorçulara ümid verdiyi gerçəkdir" açıqlamasını verib. Bu açıqlamasında çox haqlıdır.

Nəhayət, vilayət rəhbərliyi bununla bağlı məhkəmədə iddia qaldırıb və iddia təmin edilib. O heykəl söküləcək... Amma kimsə zəmanət verə bilərmi ki, əvəzində yeniləri tikilməyəcək?

Qorxduğum odur ki, belə bir zəmanəti artıq heç kim verə bilməz.


Teqlər:





Xəbər lenti