Ukrayna Qərbdən hərbi kömək istədi

  19 Avqust 2014    Oxunub : 1621
Ukrayna Qərbdən hərbi kömək istədi
Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov rəsmi Kiyevin Qərbin hərbi köməyinə ehtiyacı olduğunu bildirib.

Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

“Biz hesab edirik ki, Ukraynaya yalnız mənəvi deyil, hərbi kömək etmək vaxtı yetişib” – deyə, Turçinov bildirib.

Onun sözlərinə görə, Ukraynanın şərqində baş verənlər yalnız bu ölkəyə aid olan məsələ deyil: “Bütün mədəni ölkələr Ukraynanın şərqində hərbi əməliyyatları dayandırmaq üçün birləşməlidir. Hazırda Ukraynaya müasir silahlar, aviasiya və hava hücumundan müdafiə texnikaları lazımdır”.

Eldar Tanrıverdiyev

Teqlər: