Səfirliyə hücum edən erməni həbs edildi

Səfirliyə hücum edən erməni həbs edildi
  20 Avqust 2014    Oxunub:1604
Xəbər verdiyimiz kimi, avqustun 18-də Türkiyənin Rusiyadakı səfirliyinə silahlı hücum edən şəxsin erməni əsilli 43 yaşlı Artur Mirzoyan olduğu məlum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq həmin şəxs barəsində 1 aylıq həbs-qətimkan tədbiri seçilib və ona 5 il həbs cəzası verilməsi gözlənilir.

Moskva Hamovniçevski Məhkəməsinə gətirilən A.Mirzoyan günahını etiraf edib və bildirib ki, bu cinayətə görə 500 min rus rubl cəza ödəməyə hazırdır. İstintaq davam etdiyi müddətdə də Rusiyadanı tərk etməyəcək.

Mirzoyanın vəkili G.Şatvoryan isə müvəkkilinin azadlığa çıxmasını tələb edib: “Müvəkkilim evlidir və iki uşağı var. İşləyir və gizlənmək də istəmir. Cinayəti işləyərkən də qaçmadı və polisin gəlməsini gözlədi. Onun bu cinayəti həbs edilmədən cəzalandırılmasına icazə verir. Yəni girov müqabilində sərbst buraxılmasını istəyirik. Mirzoyan cəmiyyət üçün təhlükəli deyil və o heç kimə zərər vermədi”-, deyə vəkil qeyd edib.

Mirzoyanın dəli olmadığını bildirən vəkil qeyd edib ki, o, bu cinayəti nə üçün etdiyini demək istəmir. Eyni zamanda Mizoyanın sahib olduğu “Dobrıy Les” şirkətinin rəsmi şəxsləri bildirib ki, cinayətkarın babaları 1915-ci il hadisələrində Türkiyədən Ermənistana köçüblər.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti