Con Makkeyndən robot rəqsi - VİDEO

Con Makkeyndən robot rəqsi - VİDEO
  20 Avqust 2014    Oxunub:3267
Amerikalı senator Con Makkeyn tamaşaçıları robot rəqsi ilə təəccübləndirib.

Siyasətçi Nyu-Yorkda xeyriyyə məqsədilə keçirilən mərasimlərin birində robot kimi hərəkətlər nümayiş etdirərək rəqs edib. Mərasimin aparıcısı aktyor və müğənni Ceymi Foks olub. Zalda Barbra Streyzand, Con Bon Covi, Pol Makkartni, Robort De Niro və Cek Nikolson kimi məşhurlar da olub. Nyu-Cersi Ştatının qubernatoru Kris kristi oynamaq üçün səhnəyə çıxsa da senator Makkeyn öz rəqsi ilə onu kölgədə qoyub.

Hər şey Ceyms Foksun senatoru səhnəyə dəvət etməsilə başlayıb. “Bizə nəsə göstərmək istəyirsinizmi, cənab Makkeyn?” – deyə aparıcı ondan rəqs etməsini istəyib və siyasətçinin soyadını təkrar-təkrar səsləndirməklə zaldakılardan alqış istəyib. Senator isə səhnəyə qalxaraq robot rəqsi oynayıb. Təxminən yarım dəqiqə kiborq kimi “mexaniki” hərəkətlər edib, Foks isə onu təkrarlamağa çalışıb.

Onu da qeyd edək ki, rəqs edən siyasətçilərə tamaşa etmək mərasimdə iştirak edənlərə kifayət qədər baha başa gəlib. Belə ki, burada təkcə bir nəfərlik yerin qiyməti 50-100 min dollar arasında dəyişib. Tədbirdə azı 4 milyon dollar pul yığılıb. Həmin pullar Nyu-Yorkun Harlem rayonunda yerləşən “Apollo” teatrına dəstək üçün göndərilib.

Makkeynin rəqsinin videosu isə artıq YouTube-də yerləşdirilib və qısa bir zamanda 10 minlərlə izləyici qazanıb.



Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti