Qızmar istidə pul qazananlar... - FOTOREPORTAJ

Qızmar istidə pul qazananlar... - FOTOREPORTAJ
  20 Avqust 2014    Oxunub:9193
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17.00-dək dayandırılması barədə aidiyyatı işəgötürənlərə göstəriş verilib.

Dövlət qurumunun qərarına baxmayaraq hələ də bəzi müəssisələrdə, xüsusən də yolların təmir-tikinti işlərində bu göstərişlərinə əməl olunmur, nazirliyin tapşırığı qulaq ardına vurulur. Əvvəl olduğu kimi, sıravı işçilər açıq hava şəraitində qızmar günəş altında işləyirlər.

AzVision.az “Sahil” metrostansiyasının qarşısındakı yolda aparılan təmir işləri zamanı nazirliyin tapşırığına əməl olunub-olunmamasını müşahidə edib.

Saat 15:30-dir. Daha olduqca isti, hətta dözülməzdir. Təmirə bağlanan yolun tikintisi ilə məşğul olan fəhlələr açıq havada işləyirlər. İşə nəzarət edən şəxslər isə özülərini kölgəyə çəkib prosesə kənardan nəzarət edirlər.

Əməkdaşımız iş icraçısına yaxınlaşıb həmsöhbət olmaq istə də kobud rəftarla üzləşib.

Soruşanda ki, “nə üçün isti havada fəhlələri işlədirsiniz?” iş icraçısı suala cavab vermək əvəzində əməkdaşımızı təhqir edib fotoaparatını əlindən almağa çalışıb.

Çəkiliş aparmaq istədiyimiz ərazidə “Azərsu”, “Azəryolservis” ASC birgə təmir işləri görürlər. Fotolarda da gördüyünüz kimi, qızmar günəş altında çalışanlar da məhz həmin qurumun əməkdaşlarıdır.

Nuron Məmmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti