“1 hücuma 7 qat artıq cavab verəcəyik” - İsraildən təhdid

“1 hücuma 7 qat artıq cavab verəcəyik” - İsraildən təhdid
  21 Avqust 2014    Oxunub:1718
İsrailin baş naziri Benyamin Netanyahu paytaxt Təl-Əvivdə keçirdiyi mətbuat konfransında Qəzzaya başlayan hücumlardan danışıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir HƏMAS-ın bir hücumuna yeddiqat cavab verəcəklərini bildirib.

“Mən deyirəm ki, HƏMAS bizə hücum etsə, biz 7 dəfə artıq cavab verəcəyik. Hədəfimiz Qəzzadakı terror təşkilatlarının liderləridir və onların heç bir toxunulmazlığı yoxdur”.

B.Netanyahu vurğulayıb ki, “Müdafiə xətti” əməliyyatı hələ başa çatmayıb.

“Biz istər hərbi, istərsə də siyasi yolla xalqımızın təhlükəsizliyini təmin etməyə çalışırıq. Atəşkəsin bərqərar olması istiqamətində Misirin səylərini təqdir edirik. Kim müharibəni dayandırmaq istəyirsə, onda HƏMAS-ın etdiklərinin qarşısını almalıdır. Ərəb dünyası HƏMAS-a qarşıdır. Qətər, İran və Türkiyə isə HƏMAS-la birlikdədir”.

Qeyd edək ki, bir aydan çoxdur ki, davam edən İsrail-Fələstin müharibəsində bir neçə dəfə atəşkəs elan olunsa da bu, uzun müddət davam etməyib.

Fatimə


Teqlər:  





Xəbər lenti