Obama: “İŞİD-in İslama aidiyyatı yoxdur”

Obama: “İŞİD-in İslama aidiyyatı yoxdur”
  21 Avqust 2014    Oxunub:1640
ABŞ prezidenti Barak Obama amerikalı jurnalist Cim Foulinin “İraq və Şam İslam Dövləti”nin yaraqlıları tərəfindən əsir götürülərək edam olunmasını sərt şəkildə pisləyib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Obamanın sözlərinə görə, İŞİD-ın İslama heç bir aidiyyatı yoxdur. ABŞ prezidenti bildirib ki, bu qruplaşmanın qurbanlarının böyük əksəriyyəti müsəlmanlardır. Bu din isə günahsızları öldürməyi öyrətmir.

ABŞ prezidenti İŞİD nümayəndələrinin uğursuzluğa düçar olacağını əminliyini bildirib: “İŞİD kimi qruplaşmalara 21-ci əsrdə yer yoxdur”.

Obama həmçinin bütün dünyada amerikalılaların maraqlarını qoruyacaqlarını və ekstremistlərlə mübarizə aparacaqlarını bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti