İsrail vətəndaşlarına Azərbaycana səfər etməmək tövsiyə olunub

   İsrail vətəndaşlarına Azərbaycana səfər etməmək tövsiyə olunub
  08 Mart 2026    Oxunub:1961
İsrail vətəndaşlarına Ermənistan, Gürcüstan və Azərbaycana səfərlərdən çəkinmək tövsiyə olunub.
Məlumata görə, İsrail Milli Təhlükəsizlik Şurası ölkə vətəndaşlarını Birləşmiş Ərəb Əmirlikləri istisna olmaqla digər ölkələrə səfərlərdən çəkinməyə çağırıb. Xüsusilə Ermənistan, Gürcüstan və Azərbaycan istiqamətlərinə səfər etməmək tövsiyə edilib. Bu barədə Ynet portalı məlumat yayıb.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İran ərazisinə zərbələr endirilməsi, eləcə də İranın əks hücumları regionda gərginliyi artırıb. Hücumlar nəticəsində dağıntılar və insan tələfatı qeydə alınıb.

Bundan əlavə, martın 2-də Hizbullah hərəkatı da İsraillə münaqişəyə qoşulduğunu elan edib və İsrail bu təşkilata qarşı hərbi əməliyyatlara başladığını bildirib.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti