Zelenski: "11 ölkə İranla mübarizə üçün Ukraynadan kömək istəyib"
Ukrayna prezidenti qeyd edib ki, bəzi dron mütəxəssisləri artıq Yaxın Şərqə yola düşüb və bu həftə regiona çatacaqlar.
Zelenski həmçinin Kiyevin hava hücumundan müdafiə raketləri ilə bağlı çatışmazlığı aradan qaldırmaq üçün bir təklif irəli sürüb. O bildirib ki, Ukrayna hücum dronlarını havada məhv etmək üçün istifadə olunan dron-interseptorları bahalı hava hücumundan müdafiə raketləri ilə dəyişməyə hazırdır.
Hazırda Ukrayna səmasını Rusiyanın hücumlarından qorumaq üçün ucuz dron-interseptorlar, elektron maneə sistemləri, zenit topları, qırıcı təyyarələr və helikopterlərin kombinasiyasından istifadə edir.
M.Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


