Reuters: “İsrail “ağıllı” bombalar alacaq”

   Reuters:    “İsrail “ağıllı” bombalar alacaq”
  11 Mart 2026    Oxunub:2444
İsrail hakimiyyəti Amerikanın “Boeing” korporasiyası ilə ümumi dəyəri 289 milyon dollar olan 5000 dəqiq idarə edilən bomba tədarükü barədə müqavilə imzalayıb.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, yeni müqavilə ABŞ-İsrail arasında İrana qarşı aparılan hazırkı hərbi əməliyyatla birbaşa əlaqəli deyil.

Bu saziş çərçivəsində tədarüklər növbəti üç il ərzində başa çatmalıdır. Söhbət hədəfdən 64 km-dən çox məsafəyə atıla bilən dəqiq idarə olunan bombalardan gedir.

Xatırladaq ki, 2025-ci ildə Pentaqon “Boeing” şirkətinə F-15 qırıcı təyyarələrinin istehsalı və təchizatı üçün 8,6 milyard dollarlıq müqavilə imzalayıb. Sonradan bu təyyarələr İsrail Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Boeing   bomba  



Xəbər lenti