ABŞ strateji neft ehtiyatlarından 172 milyon barel neft buraxacaq

ABŞ strateji neft ehtiyatlarından 172 milyon barel neft buraxacaq
  12 Mart 2026    Oxunub:2605
ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda yaranmış təchizat problemləri səbəbindən neft qiymətləri sürətlə artır. Bunun qarşısını almaq məqsədilə ABŞ strateji neft ehtiyatlarından 172 milyon barel neft buraxacaq. ABŞ-nin energetika naziri Kris Rayt belə deyib.
Nazirin sözlərinə görə, bu addım həmin gün Beynəlxalq Enerji Agentliyinin 32 üzv ölkəsi tərəfindən razılaşdırılmış 400 milyon barel neftin bazara buraxılması planının bir hissəsidir.

Kris Rayt prosesin gələn həftədən başlayacağını və çatdırılmanın təxminən 120 gün çəkəcəyini açıqlayıb.

Bu arada, ABŞ İranı onun və müttəfiqlərinin enerji təhlükəsizliyini manipulyasiya və təhdid etməkdə günahlandırır.

Məhəmmədəli Həsənli
AzVision.az





Teqlər:



Xəbər lenti