Bakıda biznes forumu

Bakıda biznes forumu
  25 Aprel 2013    Oxunub:1216
Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib.
Forum iştirakçıları Azərbaycan və Latviya prezidentlərini hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev və Prezident Andris Berzinş forumda çıxış ediblər.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Latviya tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı və qida sənayesi, informasiya-kommunikasiya texnologiyaları, turizm, sığorta, səhiyyə, tikinti, təhsil, konsaltinq, maliyyə, nəqliyyat, logistika, energetika və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.


Teqlər:  





Xəbər lenti