Ermənistan kürdlərə 100 min ayırdı

Ermənistan kürdlərə 100 min ayırdı
  21 Avqust 2014    Oxunub:2140
Ermənistan hökuməti İraqdakı yezidi kürdlərə yardım məqsədilə 100 min ABŞ dolları miqdarında vəsait ayırıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ayrılan bu yardım İraq kürdlərinə BMT-nın Qaçqınlar üzrə Ali komissarının ofisi vasitəsilə çatıdırlacaq.

Qeyd edək ki, daha əvvəl Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Ovik Abramyan İraqda yaşayan yezidi kürdlərə humanitar yardımın ayrılması məsələsini müzakirə edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti