Ukrayna 16 əsgərin ölümünü təsdiqlədi

Ukrayna 16 əsgərin ölümünü təsdiqlədi
  21 Avqust 2014    Oxunub:1520
Ukraynanın Dazili İşlər Nazirliyi İlovayskoda toqquşmalar zamanı 16 əsgərini itirdiyini təsdiq edib.

Bununla yanaşı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko 50 əsgəein yaralandığını qeyd edib. Bu barədə məlumatı o, sosial şəbəkədəki səhifəsində paylaşıb.

“Könüllü milis dəstələrimizin hər biri ağır itkilər verib. “Donbas”-8 ölü, 12 yaralı, “Azov”- təkcə dünən 2 ölü, 7 yaralı. Əgər əvvəldən saysaq İlovayskda 5 ölü , 11 yaralı, “Şaxtyorsk”-4 ölü, 16 yaralı, “Dnepr” – 2 ölü, 7 yaralı...”

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti