Poroşenko parlamenti buraxır

Poroşenko parlamenti buraxır
  21 Avqust 2014    Oxunub:1684
Ali Rada gələn həftə buraxılacaq.
Ukrayna dövlət başçısının müşaviri Oleq Medvedyev bəyan edib ki, gələn həftə Pyotr Poroşenko Ali Radanın buraxılması ilə bağlı sərəncam imzalayacaq. AzVision.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

O.Medvedyev bildirib ki, yeni koalisiyanın formalaşdırılması üçün ayrılan 30 günlük başa çatır və Ukrayna prezidentinin parlamenti buraxmaq və Radaya növbədənkənar seçkilər elan etmək üçün qanuni əsası var.

Poroşenkonun müşaviri həmçinin bəyan edib ki, sentyabrda yeni və kifayət qədər böyük siyasi və iqtisadi islahatlar paketi açıqlanacaq.

Bundan başqa Medvedyev Ukraynanın Avropa İttifaqı (Aİ) ilə assosiasiyası sazişinin də ratifikasiya ediləcəyini deyib. Xatırladaq ki, Ukrayna ilə Aİ cari ilin iyun ayında Assosiasiya Sazişi imzalayıblar.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti