Yezidi kürdlər İraqdan Qarabağa köçürülür

Yezidi kürdlər İraqdan Qarabağa köçürülür
  21 Avqust 2014    Oxunub:6416
Ermənistan və dünya yezidilərinin Milli Şurası İraqın şimalında yaşayan 200-ə yaxın ailəni Qarabağa köçürməyi planlaşdırır.
AzVision.az-ın məlumatına görə, bu barədə Şuranın sədri Əziz Tamoyan “tert.am” saytına bildirib.

“Qarabağ rəhbərliyi bu ailələrə kömək edəcəklərini vurğulayaraq, onların köçürülməsinə razılıq verdiklərini bildirib” – deyə, Tamoyan qeyd edib. O, vurğulayıb ki, Ermənistanda yezidi kürdlərin yaşadığı kəndlərdə İraqdakı ailələrə maliyyə yardımı ilə bağlı aksiyalar keçirilir. Məhz bu aksiyalar çərçivəsində yığılan pullar hesabına İraqda yaşayan ailələrin Qarabağa köçürülməsi həyata keçiriləcək.

“Bu məqsədlə bir sıra icmalar, həmçinin Ermənistan hökuməti də vəsait ayırıb” – deyə, Tamoyan bildirib. Şura sədri həmçinin vurğulayıb ki, digər ölkə rəhbərləri də bu məqsədlə vəsait ayırsa da, pullar İraq hökuməti tərəfindən mənimsənilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti