Atəşkəs iki istiqamətdə pozulub

Atəşkəs iki istiqamətdə pozulub
  25 Aprel 2013    Oxunub:1649
Ermənilər Füzuli və Ağdamın kəndlərini atəşə tutublar.
Müdafiə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Alxanlı və Ağdam rayonunun Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti