İŞİD Suriyada məhv edilməlidir

İŞİD Suriyada məhv edilməlidir
  22 Avqust 2014    Oxunub:2032
“İraq və Şam İslam Dövləti” yaraqlılarına qalib gəlmək üçün onlarla yalnız İraqda deyil, həm də Suriyada da mübarizə aparmaq lazımdır.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Fransanın xarici işlər naziri Loran Fabius bildirib.

İŞİD öncə Suriyada yarandı. Buna səbəb ölkə prezidenti Bəşər Əsəd oldu. Çünki, o həbsxanada olan məhbusları azadlığa buraxdı. Əgər biz İŞİD-lə mübarizə aparmaq istəyiriksə, İraq və Suriyada bu terrorçu qruplaşmaya qarşı mübarizə aparmalıyıq”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti