Poroşenkonun oğlu separatçılarla döyüşür

Poroşenkonun oğlu  separatçılarla döyüşür
  22 Avqust 2014    Oxunub:2202
Ukrayna prezidenti Pyotr Poroşenkonun böyük oğlu Aleksey Ukraynanın şərqində separatçılara qarşı vuruşur.
AzVision.az-ın məlumata görə, bu barədə Ukrayna KİV- xəbər yayıb.

Poroşenko ailəsinə yaxın olan mənbə bildirib ki, Vinnitsk Vilayət Şurasının deputatı, 29 yaşlı Aleksey üç aylıq oğlu Petya, həyat yoldaşı Yuliyanı evdə qoyaraq gizli şəkildə döyüşə gedib.

Məlumata əsasən Aleksey dörd həftə əvvəl hərbi xidmətə çağırışla bağlı vərəqə alıb: “Hazırda o Ukraynanın şərqində olan Müdafiə Nazirliyinin bölmələrindən birində xidmət aparır. Ola bilər ki, döyüşçülər onu başqa ad və soyadla tanıyır”.

Anti-terror mərkəzinin danışıqlar qrupunun rəhbəri Yuriy Tandid bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Aleksey Poroşenko özünü olduqca sadə və təvəzökar aparır. Prezident özü isə heç bir yerdə oğlunun xidmət apardığını bildirməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti