İranın blokadası davam edəcək
Nəşr qeyd edir ki, Tramp İranla bağlı növbəti addımları ilə əlaqədar ziddiyyətli məsləhətlər alır. Bəzi rəsmilər Ağ Evi açıq şəkildə Tehrana təzyiqi artırmağa çağırır, digərləri isə Hörmüz boğazının bağlanmasının və ya hərbi əməliyyatların davam etdirilməsinin ABŞ iqtisadiyyatına zərər verə biləcəyi, həmçinin Respublikaçılar Partiyasının aralıq seçkilərdəki nəticələrinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Qeyd edək ki, dəniz blokadasının başlanğıcından bəri ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və helikopterləri İranla əlaqəli 39 ticarət gəmisini ələ keçirib. Hazırda blokadanı təmin etmək missiyasında 39 gəmi iştrak edir.







Vaxtında, Aydın, Lazımlı!


