Rusiya Odessaya zərbə endirib

Rusiya Odessaya zərbə endirib
  03 May 2026    Oxunub:2201
Gecə rus hərbçiləri Odessa bölgəsində mülki və liman infrastrukturuna növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edib. Hadisə nəticəsində ölən və yaralananlar var.
Bu barədə Odessa Xüsusi Əməliyyatlar Komandanı Oleq Kiper məlumat verib.

“Rusiya ordusu Odessa bölgəsində mülki və liman infrastrukturuna zərbələr endirməyə davam edir. Təəssüf ki, iki nəfər həlak olub, daha beş nəfər yaralanıb”, - deyə Kiper vurğulayıb.

Bu hücumlarla Rusiya dronları Odessa vilayətində üç yaşayış binasına zərbə endirib. Həmçinin liman infrastrukturuna da zərər dəyib.


Teqlər: Rusiya   Ukrayna   Odessa  



Xəbər lenti