Trampa "yaşıl işıq": Çin ABŞ-a panda göndərdi

  Trampa "yaşıl işıq": Çin ABŞ-a panda göndərdi
  03 May 2026    Oxunub:2135
ABŞ prezidenti Donald Trampın Çinə gözlənilən səfəri ərəfəsində Pekin Atlanta zooparkına Pinq-Pinq və Fu Şuanq adlı bir erkək, bir dişi panda göndərib. Bu, Çinin ənənəvi “panda diplomatiyası”nı işə salmasının təzahürüdür.
Pekin bütün ölkələrə pandaları ancaq müvəqqəti müqavilələr əsasında göndərir. Əgər müqavilənin müddəti başa çatandan sonra vaxtı uzadılırsa, deməli, Çin münasibətlərdən razıdır. Əks təqdirdə pandaları geri çağırmaqla münasibətlərin soyuduğuna işarə vurur.

Atlanta zooparkı ilə əvvəlki müqavilənin vaxtı 2024-cü ildə bitəndə Çin onu uzatmamışdı. İndi isə yeni müqavilə imzalanır. Bununla Çin Trampın səfərinə nikbin yanaşdığına işarə edir.

Son illərdə panda diplomatiyasının ən bariz təzahürü Yaponiyaya qarşı görünmüşdü. 2026-cı ildə Çin ilə Yaponiyanın arasında gərginlik yaranmağa başlayanda Pekin adalardakı pandaları geri qaytarmışdı.

Tariyel
AzVision.az


Teqlər: Çin   ABŞ   Panda  



Xəbər lenti