Türkiyədə güclü fırtına l Ölən və yaralananlar var

   Türkiyədə güclü fırtına    l Ölən və yaralananlar var
  04 May 2026    Oxunub:2124
Türkiyənin Qaziantep və Şanlıurfa vilayətlərində güclü külək və fırtına ciddi fəsadlara səbəb olub.
Fırtına nəticəsində Şanlıurfada 1 nəfər ölüb, bir neçə nəfər isə yüngül xəsarət alıb. Qaziantepdə isə əlverişsiz hava ilə bağlı 23 nəfər xəsarət alıb. Oğuzeli rayonunda isə tornado avtomobillərə ziyan vurub. Qaziantep valiliyi bölgədə fövqəladə vəziyyət elan edib.

Proqnoza görə, ölkənin böyük bir hissəsində güclü yağış gözlənilir və Mərmərə bölgəsi üçün tufan xəbərdarlığı verilib. İstanbul da daxil olmaqla 44 vilayət üçün sarı xəbərdarlıq elan edilib.

Röya Əliyeva


Teqlər:



Xəbər lenti