"İranın təklifi qəbuledilməzdir" - Tramp

"İranın təklifi qəbuledilməzdir" -    Tramp
  04 May 2026    Oxunub:2075
“Mən planı araşdırdım, hər şeyi nəzərdən keçirdim - bu, qəbuledilməzdir”,- Tramp İranın sülh planına münasibət bildirərkən belə deyib. Eyni zamanda, Tramp Tehranın ABŞ ilə razılığa gəlməyə çalışdığına əminliyini bir daha ifadə edib.
Yada salaq ki, İranın Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ-nin İranın təkliflərinə cavab aldığını və hazırda onu araşdırdığını bildirmişdi.

“Əl-Cəzirə”nin məlumatına görə, İranın təklifi 14 bənddən ibarətdir və münaqişənin 30 gün ərzində başa çatdırılmasını nəzərdə tutur. Buraya İranın gələcəkdə ABŞ tərəfindən hücumlara məruz qalmayacağına dair zəmanətlər, eləcə də ABŞ qoşunlarının İrana yaxın ərazilərdən çıxarılması tələbi daxildir.

Təklifdə, həmçinin ABŞ-dən İranın dəniz blokadasını dayandırmaq, ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etmək, İran aktivlərinin dondurulmasına son qoymaq və təzminat ödəmək tələbləri yer alır.

Bununla yanaşı, sənəddə bütün cəbhələrdə, xüsusilə Livanda münaqişənin dayandırılması və “Hörmüz boğazı üçün yeni mexanizm”in tətbiqi də qeyd olunur.

Lakin Tehranın təklifində İranın nüvə proqramı məsələsi əksini tapmayıb.


Teqlər: İran   ABŞ   Tramp  



Xəbər lenti