Rusiya Ukrayna ilə atəşkəs elan edib

Rusiya Ukrayna ilə atəşkəs elan edib
  07 May 2026    Oxunub:2865
Rusiya 9 May - Qələbə Günü ilə əlaqədar 8 may saat 00:00-dan mayın 10-dək Ukrayna ilə müharibədə atəşkəs elan edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarına uyğun olaraq, sovet xalqının Böyük Vətən müharibəsindəki Qələbəsinin 81-ci ildönümünün qeyd olunduğu günlərdə 8 may saat 00:00-dan mayın 10-dək Rusiya tərəfi atəşkəs elan edir", - məlumatda qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ukrayna 9 mayda Moskvaya hücum edərək bayram tədbirlərini pozmağa cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə qarşı genişmiqyaslı cavab zərbəsi endirəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti