Dünyada Ebola dəhşəti: ölü sayı artır

Dünyada Ebola dəhşəti: ölü sayı artır
  23 Avqust 2014    Oxunub:2495
Qərbi Afrikada Ebola virusundan ölənlərin son sayı açıqlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu virusa yoluxan 1427 nəfər dünyasını dəyişib.

19-20 avqust tarixləri arasında Liberiya, Qvineya, Sierra Leone və Nigeriyada 142 yeni Ebola hadisəsi aşkar edilib və 77 adam dünyasını dəyişib. Beləliklə, Liberyada 110 yeni hadisə 48 ölüm, Qvineyada 28 yeni hadisə 10 ölüm, Sierra Leoneda 3 yeni hadisə 18 ölüm, Nigeriyada 1 yeni hadisə 1 ölüm qeydə alınıb.

Bununla da 20 avqusta qədər 2615 yeni Ebola hadisəsi aşkar edilib və bunlardan 1427-i xəstəlik səbəbindən dünyasını dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti