Ermənistana yeni yük göndərmişik │ VİDEO

Ermənistana yeni yük göndərmişik    │ VİDEO
  09 May 2026    Oxunub:1943
Bu gün Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.
İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir. 6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.




Teqlər: Ermənistan  



Xəbər lenti