İlham Əliyevin ideyası Türkiyə mətbuatında

İlham Əliyevin ideyası Türkiyə mətbuatında
  25 Aprel 2013    Oxunub:1262
Bu gün Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri “Sabah”, “Yeni Şəfəq” “Star” və “Birleşik Basın”-da cari ilin yanvar ayından fəaliyyətə başlayan ASAN dövlət xidməti haqqında məqalə dərc olunub.

Türkiyəli jurnalistlərin də qeyd etdiyi kimi, ASAN xidmət İlham Əliyevin şəxsi təşəbbüsüdür və xidmətin yaradılmasında məqsəd dövlət ququmlarında korrupsiya ilə mübarizənin effektivliyini artıqmaq və xidmətin şəffaflığını təmin etməkdir.

Məqalədə qeyd olunur ki, Azrbaycan hökuməti bürokratk əngəlləri azaltmaq, şəffaflığı artırmaq və əlverişli biznes şəraiti yaratmaq məqsədilə bu xidməti yaradıb. İyunda bütün ölkəni əhatə edən, regionlarda əhaliyə müxtəlif dövlət xidmətləri göstərən xüsusi ASAN avtobusları hərəkətə keçəcək.

Türkiyə mətbuatının da yazdığı kimi,Heydər Əliyevin 90 illiyi münasibətilə səfərlərə başlayan ilk ASAN xidmət avtobusları İstanbuldan start götürüb.


Teqlər:  





Xəbər lenti