"Azəriqaz"ın rəhbərliyi vətəndaşları qəbul edəcək

"Azəriqaz"ın rəhbərliyi vətəndaşları qəbul edəcək
  01 İyul 2026    Oxunub:309
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da "Qobustan Gənclər evi" sosial xidmət müəsisəsində (ünvan: Qobustan şəhəri, Sərxan Hacıyev küçəsi) keçiriləcək. Görüşdə Qobustan və Şamaxı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.


Teqlər: Azəriqaz  



Xəbər lenti