Pentaqon Ukraynanın süni intellektli dron sürülərini alır

Pentaqon Ukraynanın süni intellektli dron sürülərini alır
  02 İyul 2026    Oxunub:297
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın süni intellektlə idarə olunan dron sürüləri texnologiyasına böyük maraq göstərir.
Pentaqon Ukraynanın süni intellektli dronları ilə maraqlanır

Azvision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hərbi-texnoloji sahədə tərəfdaşlığın genişləndirilməsi məqsədilə ABŞ-nin “Powerus” şirkəti ilə Ukraynanın “Swarmer” startapı arasında rəsmi əməkdaşlığa start verilib. Birgə fəaliyyətin əsas hədəfi Pentaqon üçün ucuz və yüksək effektivliyə malik FPV zərbə dronlarının istehsal həcmini qısa müddətdə artırmaqdır.

Ekspertlər qeyd edirlər ki, süni intellekt platformalarının tətbiqi pilotsuz uçuş aparatlarının (PUA) döyüş şəraitində daha koordinasiyalı və müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Bu layihə Pentaqonun müasir münaqişələrin təcrübəsinə əsaslanaraq öz arsenalını optimallaşdırmaq strategiyasının mühüm tərkib hissəsi hesab olunur.



Teqlər:



Xəbər lenti