“ARKA kinonun inkişafına daha çox fokuslanacaq” – Rəşad Əzizov

   “ARKA kinonun inkişafına daha çox fokuslanacaq” –    Rəşad Əzizov
  02 İyul 2026    Oxunub:827
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin baş direktoru Rəşad Əzizov "AzerNewMedia"nın "REAL FM"-də yayımlanan “Sinema Radio” layihəsinin qonağı olub.
Rəşad Əzizov bildirib ki, Kino Agentliyinin publik hüquqi şəxsdən büdcə təşkilatına çevrilməsi ölkədə aparılan idarəçilik islahatlarının tərkib hissəsidir. Yeni statusun yaratdığı üstünlüklərdən danışan baş direktor bildirib ki, indi qurum özünün saxlanılması üçün vəsait axtarmaq problemindən azad olur və kino sahəsində gedən proseslərə daha dərindən fokuslanmaq imkanı əldə edir.

Onun sözlərinə görə, yenə də əvvəlki kimi kino siyasətini Mədəniyyət Nazirliyi müəyyənləşdirəcək, ARKA isə həyata keçirəcək.

“Kino Agentliyi kino çəkmir, istehsalçılar üçün münbit şərait yaradır”, - deyən agentlik direktoru bildirib ki, bu məqsədlə şirkətlərin müsabiqələrdə iştirakları da asanlaşdırılır. Beləliklə, prodüserlər resurs arxasınca qaçmaq qayğılarından azad olaraq, diqqətlərini çəkilən filmlərin keyfiyyətini artırmağa yönəldə biləcəklər.

Yalnız 2026-cı ildə 10 tammetrajlı filmin təqdim ediləcəyini, bunlardan 5-nin artıq hazır olduğunu bildirən Rəşad Əzizov deyib ki, indiyə qədər heç vaxt kino sənayemizdə belə bir hal olmamışdı. Bundan sonra əsas prioritet çəkilən filmlərin keyfiyyətini artırmaqdır.

- Biz çox istərdik ki, Azərbaycanda istehsal olunan filmlər Türkiyə, Qazaxıstan, Özbəkistan bazarlarına çıxsın. Bunun üçün büdcələrin artırılması, xarici mütəxəssislərin də cəlb olunması, birgə istehsal mexanizmlərindən daha faydalı istifadə edilməsi lazımdır. Ona görə də biz birgə istehsal üçün müvafiq müsabiqə elan etmişik. Orada da türk dünyasına aid ölkələr əsas götürülüb – Rəşad Əzizov bildirib.




Teqlər: Kino   ARKA  



Xəbər lenti