Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal olunan filmin çəkilişlərinin ümumilikdə 6 Türk dövlətində aparılması planlaşdırılıb. Özbəkistan bu genişmiqyaslı ekran əsərinin çəkilişlərinin həyata keçirildiyi 5-ci ölkədir. Layihənin bundan əvvəlki çəkiliş mərhələləri Azərbaycan, Türkiyə, Türkmənistan və Qırğızıstanda uğurla başa çatıb. Özbəkistandakı çəkilişlər yekunlaşdıqdan sonra yaradıcı heyət prosesi Qazaxıstanda davam etdirəcək.
Prodüseri Zaur Darabzadə, quruluşçu operatoru Valdemar Şmidt, bəstəkarı Polad Bülbüloğlu olan filmin Özbəkistandakı ilk çəkiliş günündən görüntüləri təqdim edirik.







Vaxtında, Aydın, Lazımlı!


