Ağsu RQİİ-nin əməkdaşları təltif edilib

Ağsu RQİİ-nin əməkdaşları təltif edilib
  04 İyul 2026    Oxunub:393
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonuna səfəri çərçivəsində Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) bir qrup əməkdaşı ilə görüşüb.
Bu barədə AzVision.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların əldə etdikləri nailiyyətlər və görülən işlər barədə ətraflı məlumat verilib.

Daha sonra Ağsu RQİİ-nin 14 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.


AzVision.az



Teqlər:



Xəbər lenti