Zelenski Trampla danışıb

Zelenski Trampla danışıb
  05 İyul 2026    Oxunub:351
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Zelenski Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Telefon danışığı zamanı cəbhədəki mövcud vəziyyət və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik proses müzakirə olunub.

Volodimir Zelenskinin sözlərinə görə, müharibəni başa çatdırmaq üçün real perspektiv var və bu məsələdə ABŞ-nin qətiyyəti həlledici əhəmiyyətə malik olacaq.

Volodimir Zelenski, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti ilə NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində danışığı davam etdirmək barədə razılığa gəlib.


Teqlər: Zelenski   Tramp  



Xəbər lenti