Kiyevə rus zərbəsi: 11 nəfər həlak olub │ FOTOLAR

 Kiyevə rus zərbəsi:    11 nəfər    həlak olub    │ FOTOLAR
  06 İyul 2026    Oxunub:251
Rusiya ordusunun iyulun 6-na keçən gecə Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 20-ə yaxın yaşayış binası dağılıb.
Ən böyük dağıntı isə Kiyevin Podol rayonunda yerləşən doqquzmərtəbəli binada baş verib.

Qeyd edək ki, hava hücumu zamanı Kiyevdə 11 nəfər həlak olub, 46 sakin isə xəsarət alıb. Kiyev şəhərinin meri Vitali Kliçko iyulun 7-də Kiyevdə matəm elan edildiyini açıqlayıb. Hazırda da dağıntılar altında insanların qaldığı güman olunur.

Rusiya ordusunun şəhərə hava hücumu zamanı, ümumilikdə, 68 müxtəlif tipli raket və 351 drondan istifadə etdiyi bildirilir. Əsas hədəf Kiyev şəhəri olub.







Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti