Aİ Ermənistan üçün hibrid təhdidlərə qarşı yeni missiya yaradır

Aİ Ermənistan üçün hibrid təhdidlərə qarşı yeni missiya yaradır
  13 İyul 2026    Oxunub:257
Avropa İttifaqının xarici işlər nazirləri Ermənistan üçün hibrid təhdidlərlə mübarizə üzrə yeni missiyanın yaradılmasını təsdiqləyəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən xarici işlər nazirlərinin görüşü öncəsi bildirib.

Onun sözlərinə görə, missiya hibrid təhdidlərə, eləcə də xarici informasiya manipulyasiyaları və müdaxilələrə qarşı mübarizə aparacaq. Kallas qeyd edib ki, Ermənistan bu cür təhdidlərlə həqiqətən üzləşir.

Xatırladaq ki, sözügedən missiyanın yaradılacağı barədə ilk dəfə aprelin sonunda məlumat verilmişdi.

Bununla yanaşı Ermənistanın baş naziri Nikol Paşinyan Moskvanın təzyiqlərinə baxmayaraq, “real Ermənistan” konsepsiyasını formalaşdırmağa çalışır.


Teqlər:



Xəbər lenti