"Xəzər Lənkəran" yenə uduzdu, "İnter" isə darmadağın etdi

"Xəzər Lənkəran" yenə uduzdu, "İnter" isə darmadağın etdi
  25 Avqust 2014    Oxunub:2205
Azərbaycan Premyer Liqasında üçüncü turun oyunları davam edir.
Günün ilk oyunu Zaqatalada baş tutub. "Simurq" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə "İnter" və "Sumqayıt" komandaları arasında keçirilib. "İnter" bu görüşdə rəqibini 5:1 hesabı ilə məğlub edib və vahid liderliyə yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti