“Ah, müqəddəs analıq! Nələr gəlmiş başına...”
46 yaşlı Şpan Almaniyanın "Bild" tabloidinə açıqlamasında "Georq bizim ən böyük xoşbəxtliyimizdir. Bu hissi sözlə ifadə etmək demək olar ki, qeyri-mümkündür",- deyə bildirib.
Yens Şpan 2018–2021-ci illərdə Almaniya Federativ Respublikasının səhiyyə naziri olub. O vaxtlar surroqat analıq barədə çox ehtiyatlı fikirlər səsləndirirdi. 2015-ci ildə "GQ" jurnalı üçün məqalədə yazırdı: "Bir gey və xristian olaraq, şəxsən mən 'icarəyə götürülmüş bətn' ideyasını qəbul etməkdə çox çətinlik çəkirəm".
Uşağın bioloji atası 44 yaşlı Daniel Funkedir. Uşağa Şpanın iki il əvvəl vəfat etmiş atasının adı verilib.
Şpan və Funke hazırda ABŞ-dadırlar. Siyasətçi yay tətili başlayandan sonra, bu “şad xəbəri” əvvəlcədən kansler Fridrix Merslə (Friedrich Merz) paylaşaraq, ABŞ-a uçub.
Qeyd edək ki, Almaniyada surroqat analıq qanunla qadağandır. 1991-ci il tarixli Embrionların Müdafiəsi Haqqında Qanun uşaq doğulduqdan sonra ondan imtina etmək niyyətində olan qadının süni mayalanmasını qadağan edir. Bu səbəbdən, bu yolla dünyaya gələn uşaqların valideynləri qohumluq əlaqələrinin tanınmasına məhkəmə vasitəsilə nail olurlar.
Şpanın üzvü olduğu CDU partiyası Almaniyada surroqat analığın leqallaşdırılmasına qarşı çıxır. Bununla belə, 2026-cı ilin baharında Şpanın partiya yoldaşı, deputat və həkim Hendrik Ştrek (Hendrik Streeck) də ABŞ-da surroqat ananın xidmətlərindən istifadə edib. O, Paul Zubayl (Paul Zubeil) ilə evlidir.
Müxtəlif məlumatlara görə, ABŞ-da bu xidmət 100 000 ilə 200 000 dollar arasında dəyişir. Surroqat ana isə 30 000-dən 70 000 dollara qədər vəsait alır.
Əvvəllər avropalı cütlüklər tez-tez Rusiyada surroqat anaların xidmətlərindən istifadə edirdilər, lakin 2022-ci ildən etibarən Rusiya Federasiyasında xarici vətəndaşlara bu növ müqavilələr bağlamaq qadağan edilib. Rusiya Federasiyasının Ukraynaya müdaxiləsindən sonra Gürcüstan surroqat analığın qlobal mərkəzinə çevrilib. 2023-cü ilin sonuna olan məlumata görə, Gürcüstanda 3000-dən çox surroqat ana qeydiyyata alınıb. 2021-ci ildə ölkədə surroqat analar tərəfindən təxminən 300 uşaq dünyaya gətirildiyi halda, 2023-cü ildə bu rəqəm 1172-yə çatıb.
Samir Quliyev
AzVision.az
Teqlər: Almaniya







Vaxtında, Aydın, Lazımlı!


