Bakıda və Abşeronda havada tozun miqdarı normanı keçdi

   Bakıda və Abşeronda havada  tozun miqdarı normanı keçdi
  27 İyul 2026    Oxunub:249
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın AzVision.az-a verdiyi məlumata görə, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,4–1,7 dəfə artıqdır.

Onun sözlərinə görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakter daşıyır.

“Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yer səthinin quru qatında formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır”, - deyə G.Abbasova bildirib.

Qeyd olunub ki, tozlu hava şəraitinin sinoptik vəziyyətlə əlaqədar sabah günorta saatlarınadək davam edəcəyi gözlənilir.



Teqlər:






Xəbər lenti