Qars şəhərinə yeni baş konsul təyin edilib

 Qars şəhərinə yeni baş konsul təyin edilib
  27 İyul 2026    Oxunub:453
Türkiyə Respublikasının Qars şəhərində Azərbayanın yeni baş konsulu təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Qoşqar Aslan oğlu Zeynalov Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin digər Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb


Teqlər:






Xəbər lenti